Xəbər lenti

Bakıda polkovnik özünü asdı
Ölkə14:20 03.11.2014

Bakıda polkovnik özünü asdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xətai rayonunda intihar hadisəsi baş verib. 

Qaynar.info-ya xəbər verir ki, Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Həzi Aslanov qəsəbəsi, 8-ci dairəvi küçəsində qeydə alınıb. 

Həmin ünvanda yaşayan, 55 yaşlı Malik Mustafayev özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. 

Polisdən həmçinin bildirilib ki, M. Mustafayev polkovnik rütbəsi daşıyıb. O, bir neçə ay əvvəl işdən çıxarılıb.

Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Qaynar.info