Xəbər lenti

Bakıda pul üstündə qanlı dava
Ölkə06:44 18.05.2015

Bakıda pul üstündə qanlı dava

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Lent.az xəbər verir ki, Sabunçu rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, hadisə Maştağa qəsəbəsi, A.Əkbərov küçəsində qeydə alınıb.
Həmin küçədə 1959-cu il təvəllüdlü Nadir Məmməd oğlu Məmmədov bıçaqlanıb. Yaralı ağır halda xəstəxanaya yerləşdirilib.
Araşdırmalar zamanı məlum olub ki, Nadir Məmmədovu dostu, Qusar rayon sakini Radik Qurbanoviç bıçaqlayıb.
Qeyd edək ki, Nadir Məmmədovla Radik Qurbanoviç eyni evdə kirayədə qalırmış. Onlar tikintidə fəhlə işləyirmiş. Hadisə baş verən zaman hər iki şəxs sərxoş olub. Pula görə mübahisə edən dostlar dalaşıblar və məlum olay baş verib.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info