Xəbər lenti

Bakıda pulsuz “Wi-Fi” olan ərazilər genişləndi (SİYAHI)
Ölkə15:50 01.08.2017

Bakıda pulsuz “Wi-Fi” olan ərazilər genişləndi (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gündən ödənişsiz “Wi-Fi”dan artıq Bakının “Qış parkı” və “Zabitlər parkı” ərazisində də yararlanmaq mümkündür.

"Qaynarinfo"nun Trend-ə istinadən məlumatına görə, bununla əlaqədar işlər “İctimai Wi-Fi” layihəsi çərçivəsində aparılıb.

Qeyd edək ki, indiyə qədər İçəri Şəhər, Dənizkənarı Milli Park, Sahil parkı və Heydər Əliyev Mərkəzi parkı, eləcə də “Axundov”, “Sabir” və “Xaqani” bağlarında ödənişsiz “Wi-Fi” təmin olunub.

Yaxın vaxtlarda ödənişsiz “Wi-Fi”ın paytaxtın “Hüseyn Cavid” və “Dədə Qorqud” parklarında da təmin edilməsi planlaşdırılır.

Qaynarinfo.Az