Xəbər lenti

Bakıda pulsuz “Wi-Fi” şəbəkəsi olan yerlər (SİYAHI)
Ölkə19:45 19.03.2018

Bakıda pulsuz “Wi-Fi” şəbəkəsi olan yerlər (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bakı Telefon Rabitəsi” MMC-nin pulsuz "Wi-Fi” şəbəkəsinə 1 il ərzində qoşulma sayı 4 milyona çatıb.
Bu barədə Trend-ə şirkətdən məlumat verilib.
"İctimai Wi-Fi” layihəsi çərçivəsində simsiz şəbəkənin əhatəsinin genişləndirilməsi işləri 2017-ci ilin martından başlayıb.
Bakı şəhəri üzrə 18 məkan ictimai şəbəkəyə qoşulub.
Qeyd edək ki, pulsuz "Wi-Fi” şəbəkəsi Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Heydər Əliyev Mərkəzinin parkı, "Ağ şəhər” parkı, "Sahil” bağı, "Sabir” bağı, "Xaqani” bağı, "Axundov” bağı, "Zabitlər” parkı, "Qış” parkı,"Hüseyn Cavid” bağı, "Səməd Vurğun” bağı, "Muğan” bağı, "Fashion Avenue”, "Dədə Qorqud” parkı, "İzmir” parkı və "Nərimanov” parkında fəaliyyət göstərir.