Xəbər lenti

Bakıda qadın avtobusdan yıxılaraq öldü
Ölkə10:21 29.07.2016

Bakıda qadın avtobusdan yıxılaraq öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda avtobusdan yıxılan şəxs ölüb. Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, iyulun 20-də Suraxanı qəsəbəsində Bakı şəhər sakini Sevil Şükürova Murtuza Qəhrəmanovun 104 saylı xətt üzrə idarə etdiyi "İsuzu” markalı avtobusdan yıxılıb. Xəstəxanaya yerləşdirilən S.Şükürova iyulun 28-də orada ölüb.
Faktla bağlı rayon prokurorluğu araşdırmalar aparır.
Qaynarinfo.Az