Xəbər lenti

Bakıda qadın ərinin qətlinin təşkilində şübhəli bilinir - 4 nəfər saxlanıldı
Ölkə 13:06 19.03.2023

Bakıda qadın ərinin qətlinin təşkilində şübhəli bilinir - 4 nəfər saxlanıldı

Bakıda qadın ərinin qətlinin təşkilində şübhəli bilinir, 4 nəfər tutulub.

Bu barədə Qaynarinfo-ya Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, martın 16-sı saat 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin paytaxtın Sabunçu rayonunda yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı, 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elnur Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan şəxslər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda ibtidai istintaq davam etdirilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->