
Xanım jurnalistlər "Azadlıq Radiosunun" əməkdaşı Xədicə İsmayılovaya qarşı son zamanlar olan şantaj videolarına görə, yürüş edəcəklər.
Bu sözləri Qaynar.info saytına açıqlamasında "Bizim Yol" qəzetinin əməkdaşı jurnalist Aytən Fərhadova bildirib.
Aytən Fərhadovanın sözlərinə görə, yürüşdə xanım jurnalistlər və vətəndaş mövqeyi olan hər bir xanım qoşula bilər: "Hələlik neçə nəfərin bu yürüşə qoşulacağı bəlli deyil. Amma adam sayından aslı olmayaraq, bu gün saat 18:00-da "Nizami" metrosunun çıxışında görüşüb ordan Fəvvarələr meydanına doğru səssiz yürüş edəcəyik. Yürüşə qoşulan jurnalistlər press jiletləriylə qatılacaqlar. Yürüşdə əlimizdə olan plakatlara yazılmış şüarlar vasitəsiylə öz etirazımızı bildirəcəyik. Həmçinin kim hansı şüarı istəsə onunla yürüşə qatıla bilər".
Aytən Fərhadova onuda bildirib ki aksiya dinc məqsədlidi və yürüşün edilməsinə səbəb jurnalistikaya və jurnalistə olan münasibətdən qaynaqlanır.
Qeyd edək ki, artıq bir neçə xanım jurnalist "Facebook"da aksiya qoşulacaqlarını bildiriblər.
Elkin
Qaynar.info