
Bakıda qadın avtomobil qaçırıb.
Qaynar.info-nun Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Nərimanov rayonu ərazisində baş verib.
Belə ki, martın 27-nə keçən gecə Nərimanov rayonunun Z.Bünyadov prospektindən Bakı şəhər sakini Anar Cəfərova məxsus “Mercedes” markalı avtomobil qaçırılıb.
Məlumat daxil olan kimi Nərimanov rayon Polis İdarəsi 16-cı polis bölməsi əməkdaşları əməliyyat keçirib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Aynur Aşurova saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info