Xəbər lenti

Bakıda qadın sürücü qəza törətdi: Yaralılar var
Ölkə06:00 20.04.2019

Bakıda qadın sürücü qəza törətdi: Yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.
Qaynarinfo ONA-ya istinadən xəbər verir ki,  hadisə Binqədi qəsəbəsində baş verib.
Hələlik şəxsiyyəti məluma olmayan qadın sürücü idarə etdiyi "Kia” markalı avtomobil ilə 133 nömrəli avtobusun dayancağında dayanan 2003-cü il təvəllüdlü Səmədov Əli Ceyhun oğlu və 2002-ci il təvəllüdlü Bayramov Vüsal Ramiz oğlunu vurub. Yaralıların hər ikisi 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan Ə.Səmədovun vəziyyəti həkimlər tərəfindən ağır kimi qiymətləndirilir.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.