
Xilasedicilər hazırda hadisə yerində qadını fikrindən daşındırmağa çalışırlar
Bakının mərkəzində qadın özünü binadan atmaq istəyir.
Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, hadisə Yaşamal rayonundakı Murtuza Muxtarov küçəsində yerləşən yüksək mərtəbli yaşayış binaların birində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, adı Sevda olan qadın hazırda 14 mərtəbəli binanın damından özünü atmağa cəhd edir.
FHN-nin Xilasedici qrupu hadisə yerinə göndərilib.
Hazırda qadını fikirindən daşındırmaq istiqamətində iş gedir.
Qaynar.info