
Dünən günorta saatlarında Bakının Xətai rayonu ərazisində 22 yaşlı qadın vəhşicəsinə döyülüb.
Rayon Polis İdarəsindən ANS PRES-ə verilən məlumata görə, 1991-ci il təvəllüdlü Mətanət Müstəcəbova küçədə qəfil hücuma məruz qalıb. Qadın ağır bədən xəsarətlərilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.