Xəbər lenti

Bakıda qadına qarşı 140 min manatlıq CİNAYƏT
Ölkə11:32 08.05.2016

Bakıda qadına qarşı 140 min manatlıq CİNAYƏT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda qızıl-zinət əşyalarının satışı ilə məşğul olan qadın polisə müraciət edib.
Qaynarinfo.az musavat.com-a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Sevinc Nuriyeva polisə müraciət edərək bildirib ki, onun şəriki olan şəxs qızıl-zinət əşyalarının satışından ona çatacaq 140 min dolları mənimsəyib.
S.Nuriyeva qeyd edib ki, 2015-ci ilin iyun ayında onun şəriki, 1975-ci il təvəllüdlü Əli Aliyev birlikdə qızıl-zinət əşyalarının satışından əldə etdikləri 140 min dolları ona verməkdən imtina edib.
Şikayətlə bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində araşdırma aparılır.
Qaynarinfo.az