Xəbər lenti

Bakıda qadına qarşı 144 minlik dələduzluq
Ölkə 15:32 23.05.2024

Bakıda qadına qarşı 144 minlik dələduzluq

Bakı sakininə qarşı külli miqdarda dələduzluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu ilin fevral-mart aylarında Yasamal rayonu ərazisində paytaxt sakini olan bir qadının 144 000 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Ə.Ələsgərov, O.Əliyev və T.Paşayev müəyyən olunaraq saxlanılıblar.

Sumqayıt şəhərində bir nəfər şəxsin 500 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş N.Mirzəyev, digər bir nəfərin isə 900 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən N.Qurbanzadə və F.Əmirov saxlanılıblar.

Hər üç faktla bağlı araşdırma aparılır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->