Xəbər lenti

Bakıda qadını vəhşicəsinə döyən müəllim ələ keçdi - FOTO
Ölkə06:56 30.01.2015

Bakıda qadını vəhşicəsinə döyən müəllim ələ keçdi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda xanım həmkarını ölümcül döyən kişi müəllim barədə maraqlı məlumat əldə etdik. Bir müddət əvvəl 69 yaşlı xanım Müəllimə Yusifovanı döyən Suraxanı rayonundakı 154 saylı orta məktəbin müəllimi Yaşar Quliyevə məhkəmə hökm oxuyub. 
Zərərçəkmiş M.Yusifovanın Milli.Az-a verdiyi məlumata görə, yanvarın 27-də Suraxanı Rayon Məhkəməsində Gülsarə İmanovanın sədrliyi ilə keçirilən prosesdə Y.Quliyev 4 ay müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilib. Hazırda Y.Quliyev Şüvəlanda yerləşən 3 saylı təcridxanada saxlanılır. Qeyd edək ki, 45 il müəllimlik stajı olan M.Yusifova ötən ilin avqustunda 33 yaşlı Y.Quliyev tərəfindən döyülüb, burnu sındırılıb. 
Qaynar.info