Xəbər lenti

Bakıda qadınları fahişəliyə cəlb edən kişilər tutuldu
Ölkə12:47 24.02.2014

Bakıda qadınları fahişəliyə cəlb edən kişilər tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda qadınları fahişəliyə cəlb edən və onların hesabına pul qazanan kişilər tutulub.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Zakir Əliyevin Buzovna qəsəbəsinin ərazisində icarəyə götürdüyü kafedə əxlaqsızlıq yuvası saxlaması müəyyən edilib. Keçirilən əməliyyta zamanı Z.Əliyev saxlanılıb.

Digər bir əməliyyat zamanı Rəşad Rüstəmovun qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.

Qeyd edək ki, əməliyyat İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən keçirilib.

Qaynar.info