Xəbər lenti

Bakıda qalmaqallı internat məktəbi bağlandı
Ölkə05:55 24.09.2014

Bakıda qalmaqallı internat məktəbi bağlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən 7 saylı internat məktəbi bağlanıb. 

Qaynar.info xəbər verir ki, bu barədə Aktual.az-a məktəbin müəllimlərindən biri məlumat verib. 

Onun sözlərinə görə, 7 saylı internat məktəbin bağlanması nəticəsində 130 müəllim və işçi heyyəti işsiz qalıb. 

Məlumatda bildirilir ki, hazırda müəllimlər intenat məktəbin önündə toplaşıblar: "Ötən gün bizə nazirin əmrini oxudular. Bildirdilər ki, internat bağlanır. Burada çalışanlara 2 aylıq əməkhaqqı veriləcək. Dedilər ki, bu müddət ərzində özünüzə iş tapın. Biz hardan iş tapaq? Əslində, bizi işlə təmin etməlidirlər".

Xatıraladaq ki,  bir müddət öncə Təhsil Nazirliyi 7 yaşlı Nahid Cavadovun döyülərək, yaxud yıxılaraq xəsarət alması ilə gündəmə gələn 7 saylı internat məktəblə bağlı araşdırmalara başladığını açıqlamışdı.

Qaynar.info