Bıçaqlanan paytaxt sakini ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər
Ötən gün saat 17:40 radələrində Bakının Xəzər rayonu ərazisində qanlı hadisə baş verib. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Zirə qəsəbəsi ərazisində Orxan Quliyev bıçaqlanıb. Onu ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər.
Xəzər rayon Polis İdarəsi 1-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində onu bıçaqlayan Beyləqan rayon sakini Zaur Mirzəyev tutulub.