Bakıda toy mərasimində qətl törədilib.
Qaradağ Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Qobustan qəsəbəsindəki "Qobustan" şadlıq evində keçirilən mərasimə qonaq kimi dəvət olunmuş 1989-cu il təvəllüdlü Vüsal Ağa oğlu Nemətov aralarında yaranmış şəxsi münaqişə zəminində 1979-cu il təvəllüdlü Fəxri Kamal oğlu Kərimovu bıçaqlayıb. F. Kərimov aldığı xəsarətdən hadisə yerində ölüb. V.Nemətov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
***
Dünən Bakı şəhərinin Qaradağ rayonunda toy mərasimində qətlə yetirilən 37 yaşlı Fəxri Kərimovun neft şirkətində işlədiyi məlum olub.
Lent.az-ın məlumatına görə, Qobustan şadlıq evində yerli sakinlərdən birinin oğluna keçirdiyi kiçik toy məclisində F.Kərimovla 27 yaşlı Vüsal Nemətov arasında narazılıq baş verib. Daha sonra onlar mübahisəni yoluna qoymaq üçün zaldan çıxaraq şadlıq evinin qarşısına gəliblər. Burada Vüsal özündən 10 yaş böyük olan Fəxrini bıçaqlayıb.
Qobustan sakinləri hər iki şəxsin qəsəbədə sakit adam kimi tanıdıqlarını, onların nə üstündə mübahsiə etdiklərini bilmədiklərini deyiblər. F.Kərimov bu gün dəfn ediləcək.
***
"Report"un məlumatına görə, F.Kərimov Aşıq Əlilinin yaxın qohumudur.
Qaynarinfo.Az