Gün ərzində əsasən yağmursuz və dumanlı hava gözlənilir
Sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturunun gecə 0 dərəcəyə yaxın, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında dekabrın 18-də hava şəraitinin gündüz əsasən yağmursuz olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23 şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi yerlərdə 5 dərəcə isti olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.