
Azərbaycanın görkəmli bəstəkar və pedaqoqu Qara Qarayevin adına park salınacaq.
Bakının mərkəzində salınacaq parkda görkəmli bəstəkarın abidəsi qoyulacaq. İyunun 20-dən parkın salınacağı paytaxtın mərkəzindəki “Nizami” kinoteatırının ətrafı hasarlanıb.
İş icraçılarından Milliyyet.az saytına verilən məlumata görə, parkın gələn aya kimi istifadəyə verilməsi nəzərdə tutulub. Abidənin müəllifi görkəmli heykeltəraş-rəssam Görüş Babayevdir.
Qaynar.info


