Xəbər lenti

Bakıda qardaş bacısını öldürməsinin səbəbini açıqladı
Ölkə10:40 26.05.2016

Bakıda qardaş bacısını öldürməsinin səbəbini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda qətl törədilib. Hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Nərimanov rayon Polis İdarəsi 17-ci polis bölməsindən anspress-ə verilən məlumata görə, Faiq Yusifov küçəsi 36, mənzil 42 ünvanında yaşayan 1994-cü il təvəllüdlü Emin Çobanov aralarında yaranan şəxsi mübahisə zəminində bacısı 1986-cı il təvəllüdlü Rübabə Çobanovanı çoxsaylı bıçaq zərbələri endirərək qətlə yetirib. 
Polis və prokurorluq əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən 22 yaşlı E. Çobanov tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Artıq qardaşın bacını öldürməsinin bəzi təfərrüatları bəlli olub. Anspress-in hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə qısqanclıq zəminində törədilib.
“Qətlə yetirilən 1986-cı il təvəllüdlü Rübabə Çobanova subay olub. Ancaq onun “pis yola” düşdüyü üçün qardaşı tərəfindən öldürüldüyü ehtimal edilir. Belə ki, Emin Çobanov bacısının əxlaqsız hərəkət etdiyini öyrənib və onu öldürüb”.
Qaynarinfo.az