
Buzlu paytaxt yollarında yıxılanların sayı 30 nəfərdən çox olub
Ötən gün Bakının qarlı yollarında sürüşüb yıxılaraq xəsarət edənlərin sayı artıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, dünən bu tipli çağırışların sayı 30-u ötüb.
Müraciətlər arasında yaşlı insanlar və uşaqlar çoxluq təşkil edib. Müraciətlərin demək olar ki, hamısı travmalarla nəticələnib. Bir çoxu xəstəxanalara yerləşdirilib. Bəzilərinə isə ilkin tibbi yardım göstərildikdən sonra ev buraxılıb.
Qeyd edək ki, hadisə nəticəsində ölüm faktı qeydə alınmayıb.