Xəbər lenti

Bakıda “Qayınana” kinosu gerçək oldu
Ölkə08:18 02.09.2014

Bakıda “Qayınana” kinosu gerçək oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda “Qayınana” kinosu gerçək olub. Fərq yalnız dəlixana əvəzinə yanğınsöndürənə edilmiş zəngdədir. Mətbuatda Yasamal rayonu, Nərimanov prospektində yerləşən Cəfər Cabbarlı adına kitabxananın yanması barədə məlumat yayılıb. 
Qaynar.info Milli.Az-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən verilən məlumat gözlənilməz olub. Həmin kitabxanaya yanğınsöndürən maşınlar göndərilib, amma məsələ fərqli olub. Kitabxananın bir əməkdaşının ürəyi gedib. Onun iş yoldaşları isə təcili yardım əvəzinə yanğınsöndürənlərə zəng ediblər.
Yanğınsöndürənlər həmin kitabxanaya getsələr də, gördükləri mənzərədən çaş-baş qalıblar.
Qaynar.info