
Qəzanın aradan qaldırılması üzrə ilkin proqram hazırlanıb.
Bulla qaz yatağında baş verən yanğın hələ də davam edir. Dövlət Neft Şirkətindən bildirilir ki, yaradılmış komissiyanın iclasında BP şirkətinin təklifləri nəzərdən keçirilib. Qəzanın aradan qaldırılması üzrə ilkin proqram hazırlanıb. Quyuda təcridetmə üzrə hazırlıq işlərinə başlanıb.
Dövlət Neft şirkəti və BP mütəxəsisslərinin birgə fəaliyyəti ilə yanğının digər quyulara keçməsinin qarşısı alınsa da hələ ki, qəzanın tam şəkildə necə aradan qaldırılacağı məlum deyil. Neft Qaz Sahəsi üzrə ekspertlər isdə bildirirlər ki, quyudakı yanğının dayandırılması iki yolla həyata keçirilə bilər. Birinci üsulla quyu kənardan müdaxilə vasitəsi ilə-yəni top atəşi ilə dağıdıla bilər. Bu zaman quyunun üst qatı təmamilə sıradan çıxmaqla yanaşı, onun özülü də təmamilə məhv olacaq.
İkinci üsulla isə quyunu saxlamaq üçün burada üst qatda yüksək təzyiqlə çıxan qazın təmamilə yanıb qurtarmasın gözləməkdir. Daha sonra isə quyunun alt qatı bağlanılır. Və yenidən tədqiq edilərək qurğularla işlək vəziyyətə gətirilir. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin açıqlamalarında isə ikinci üsulla daha çox üstünlük verildiyi görünür.
İlkin versiyalara görə quyuda sıxılma baş verib və qazın təzyiqi artdığı üçün partlayış baş verib və yanğın törədib. Düzdür bu hadisədə insan itkisi olmasa da, əsas narahat edici məqamlardan biri də budur ki, quyunun yanması nəticəsində xeyli miqdarda karbon havaya qarışır.
Bulla qaz yatağının 90 №-li kəşfiyyat quyusunda isə qazma işlərinə 2012-ci il noyabrın 6-da başlanılıb. Və bu quyu 5868 metrlə dünyada dərinliyinə görə ən dərin qazılan quyulardan biridir. Ümumiyyətlə, bu günə qədər Xəzər akvatoriyasında quyuda ən çox davam edən yanğın Qazaxıstanda Tengiz yatağında baş verib. Və düz 398 sutka davam edib. Həmin quyuda alovun hündürlüyü 1200 metr, temperaturu isə 1200 dərəcəyə qədər yüksək olmuşdu. Azərbaycanda isə qaz quyularında ən böyük yanğınlar Bahar yatağında olub. 1968, 1974 və 1985-ci illərdə bu yataqda dəfələrlə baş verən qəzaların aradan qaldırılmasına isə aylarla vaxt sərf olunmuşdu.//anspress
Qaynar.info