Video 12:16 27.03.2024

Bakıda qəbiristanlıqda çayxana tikmək istədilər (VİDEO)

Bakıda qəsəbələrin birindəki qəbiristanlıqda çayxana tikmək istəyiblər.

Bu barədə "Real TV"yə Xəzər rayonu, Binə qəsəbəsinin sakinləri məlumat veriblər.

Onlar qəbiristanlığın ərazisində çay evinin tikilməsinə etirazlarını bildiriblər.

Çayxananın tikintisinə icazə verdiyi deyilən Binə bələdiyyəsindən deyilib ki, həmin ərazidə çayxana tikilməsinə icazə verilməyib.

Ətraflı videomaterialda izləyə bilərsiniz: