Xəbər lenti

Bakıda qeyri-adi aksiya olacaq
Ölkə09:17 17.07.2014

Bakıda qeyri-adi aksiya olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda maraqlı aksiya keçiriləcək.

Anspress-in məlumatına görə, şəhərin mərkəzində keçiriləcək aksiya çayla bağlıdır.

Belə ki, şəhərin mərkəzi küçələrindəki kafelərdə çay içməyin həddindən artıq baha olduğunu düşünən bir qrup insan şəhərdə pulsuz çay dəsgahı quracaq. Bu barədə elan artıq sosial şəbəkələrdə yayılıb.

"Şəhərdə oturub çay içmək yemək yeməkdən baha başa gəlir. Xüsusilə bulvarda. Bir də istəmədiyimiz halda gətirib mürəbbə, şirniyyat da qoyurlar".

Bu məsələni qabartmaq məqsədilə 19 iyul saat 21:30-da hərə özü ilə bir termos və bir neçə stəkan gətirib əvvəl bulvardakı "Mirvari" kafesinin yanında, sonra növbə ilə digər kafelərin yanında çay dəsgahı quraacaq. Hətta ordan keçən digər vətəndaşlara da çay süzüb paylanacaq.

Qaynar.info