Xəbər lenti

Bakıda qeyri-adi küçə: Bir məhəllədə 10 çöpçü var (VİDEO)
Ölkə18:18 24.07.2017

Bakıda qeyri-adi küçə: Bir məhəllədə 10 çöpçü var (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda bir küçənin 10-a yaxın sakini çöpçülüklə məşğul olur. Bura NZS qəsəbəsinin Mingəçevir küçəsidir.

"Qaynarinfo"nun  Xəzər TV-yə istinadən məlumatına görə, küçədə hər addımbaşı çöpçü elanlarını görmək mümkündür.

Çöpçülər telekanalın çəkilişindən yayınıblar. 

Yeganə müsahibəyə razılıq verən çöpçü Təhminə xanım deyir ki, burdakı çöpçülər işlərindən daha çox bir-birlərinə paxıllıq etməklə məşğuldur.

Telekanalın əməkdaşları bir saata yaxın çöpçülərin məhəlləsində olublar. Lakin bir nəfər çıxıb izah edə bilmədi ki, Allah vergisi dedikləri məşğuliyyətlə, bir-birinin paxıllığını çəkmək necə üst-üstə düşə bilir. 

Qaynarinfo.Az