Xəbər lenti

Bakıda qəza oldu, küçələri su basdı (VİDEO)
Ölkə09:27 24.03.2021

Bakıda qəza oldu, küçələri su basdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Binəqədidə su borusu partladı. 
Oxu.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində baş verib. 
Səhər saatlarında ərazidən keçən su xətti partlayıb. Qəza nəticəsində ərazini su basıb.
Məsələ ilə bağlı "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a açıqlamasında bildirib ki, artıq təmir işlərinə başlanılıb:
"Hadisə barədə məlumatlıyıq. Artıq Binəqədi Su Kanal İdarəsinin qəza xidmətinin əməkdaşları hadisə yerinə göndərilib. Qəzanın aradan qaldırılması üçün tədbirlər görülür”.
Həmin görüntüləri təqdim edirik:
<iframe src="https://baku.tv/embed/35572" width="560" height="315" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen="">