Xəbər lenti

Bakıda qəza: Qadın müğənni reanimasiyaya yerləşdirildi (FOTO)
Ölkə05:36 08.11.2023

Bakıda qəza: Qadın müğənni reanimasiyaya yerləşdirildi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Xətai rayonunda yol qəzası baş verib.
Qaynarinfo APA-ya istnadən xəbər verir ki, hadisə Neapol dairəsinin yaxınlığında qeydə alınıb.
Ələkbərli Vəfa Maqsud qızı idarə etidyi "Toyota” markalı maşında sükana nəzarəti itirib. Nəticədə avtomobil beton maneəyə çırpılıb.
Yol nəqliyyatı hadisəsi zamanı sürücü xəsarət alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.
Hazırda xəstəxananın reanimasiya şöbəsindədir.
Qeyd edək ki, sürücü V.Ələkbərli müğənnidir.