Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Qaynarinfo xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Bərxudarov Bəxtiyar Aqil oğlu və 1999-cu il təvəllüdlü Rzayev Ramil Ədalət oğlu xəsarət alıblar.
Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.