Xəbər lenti

Bakıda qiymət bahalaşmasına qarşı aksiya keçirildi - FOTOLAR
Ölkə16:52 08.12.2013

Bakıda qiymət bahalaşmasına qarşı aksiya keçirildi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dekabrın 8-də bir qrup vətəndaş Bakının Fəvvarələr meydanında benzinin bahalaşmasına, avroinetqrasiya proesinin ləng getməsinə və bir sıra məsələlərə etiraz olaraq aksiya keçirib.

Qaynar.info xəbər verir ki, aksiya iştirakçıların əllərində ağ kağız tutaraq yürüməsini nəzərdə tutub. Lakin polis aksiyaya mane olub. Səhər saatlarından meydanı əhatəyə alan polis və mülki geyimlilər aksiya başlayan kimi gənclərin başının üstünü alıb. Onlar gəncləri dağılışmağa məcbur edib, əllərindəki ağ vərəqələri isə alıb cırıblar. Polis gəncləri “vətəndaşların istirahətini pozmaqda” ittiham edib. Etirazçılar isə bunun onların vətəndaş hüququ olmasını bildiriblər.

Aksiyaya imkan verilməsə də saxlanılan olmayıb.

Aksiyanın təşkilatçısı Ramin Hacılı jurnalistlərə deyib ki, polis bununla ölkədə ən adi dinc gəzintiyə belə imkan verilmədiyini göstərdi.

Qaynar.info