Xəbər lenti

Bakıda qızıl unitaz şoku - FOTO
Ölkə16:58 09.11.2013

Bakıda qızıl unitaz şoku - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sosial şəbəkələr Bakı restoranlarının birindən qızıl unitaz şəkli yayımlanıb.

Qaynar.info bir müddət öncə Dubay hotellərində qızıl unitazın dəb halını aldığı barədə məlumat yaymışdı. O vaxt ağlımıza gəlməzdi ki, bir gün Bakıda da belə bir fakt aşkarlanacaq.

Bu nə deməkdir? Harınlıqmı? Zarafatmı? Absurdmu? Bəlkə dünya malının faniliyinə bir işarədir? İdeya müəllifləri demək istəyirlər ki, uğrunda canınızdan keçdiyiniz qızıldan həm də belə istifadə etmək olar? Bəlkə sadəcə ticari maraqdır? Bəlkə imitasiya? Hər halda birmənalı izahat vermək çətindir.

İş qalır hər kəsin öz fantaziyasına.

Xeyirlisi...


Qaynar.info