Xəbər lenti

Bakıda qızlara divan tutan idmançıya cinayət işi açıldı - FOTOLAR
Ölkə13:07 25.05.2015

Bakıda qızlara divan tutan idmançıya cinayət işi açıldı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gecə "Famous" karaoke-klubda qızları döyən çempion İsa Əzizov Cinayət Məcəlləsinin xuliqanlıq (221-ci) maddəsi ilə məsuliyətə cəlb olunub.

İşi araşdıran Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinin təhqiqatçısı Müşfiq Cəbrayılov Milli.Az-a açıqlamasında bildirdi ki, toplanmış materiallar istintaqa göndərilib. Zərərçəkmişlərin izahatı alınıb. İ.Əzizovu isə hələ də tapmaq mümkün olmayıb.

Hadisə zamanı hücuma məruz qalan Diana Babayeva Milli.Az-a açıqlamasında Rusiya vətəndaşı olduğunu və başına gələnlərlə bağlı səfirliyə müraciət edəcəyini vurğuladı.

Milli.Az əldə edib ki, İ.Əzizovun barəsində Səbail rayonunda da hələ davam edən cinayət işi var.

Onu da əlavə edək ki, İ.Əzizov hazırda yüksək vəzifə tutan generalın bacısı oğludur. İ.Əzizov kikboksinq idman növü ilə məşğuldur və yüksək nəticələrə sahibdir. O, bu gecə karaoke klubda Elvina Əliyevanı döyüb, sonra isə "Gellandevagen" markalı maşına qoyaraq aparmaq istəyib.

Qaynar.info