
Bakı sakini qumbara satarkən tutulub.
Qaynar.info-nun Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Yasamal rayon sakini Zaur Tağıyev 6 ədəd "F-1" qumbarasını və ona aid 6 ədəd alışdırıcını 600 ABŞ dollarına satarkən saxlanılıb.