Xəbər lenti

Bakıda qumbara satan yaxalanıb
Ölkə08:59 15.10.2013

Bakıda qumbara satan yaxalanıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları Bakıda qumbara satan şəxsi yaxalayıb. 

Qaynar.info saytı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Malik Sergey Viktoroviç 3 ədəd qumbara və 2 ədəd alışdırıcını satarkən tutulub.

Onun evinə baxış zamanı 2 ədəd qumbara və 2 ədəd alışdırıcı da aşkar edilərək götürülüb.

Qaynar.info