Bakıda avtoxuliqanlıq edən şəxs həbs edilib.
Qaynar.info Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 24-də Şüvəlan qəsəbəsi ərazisində Aysən Həsənov idarə etdiyi “İnfiniti” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Martın 19-da Nərimanov rayon Məhkəməsi tərəfindən A.Həsənov İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə əsasən 25 gün müddətinə həbs edilib.
Qaynar.info