Xəbər lenti

Bakıda "avtoş" sərnişin avtobusuna çırpıldı - VİDEO
Ölkə06:09 10.12.2013

Bakıda "avtoş" sərnişin avtobusuna çırpıldı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda yolda sürət yarışına çıxan "avtoşlar"dan biri qəza törədib


Trend xəbər verir ki, avtoxuliqan paytaxtda gündüz saatlarında "manevrlər" edərkən yolun qarşı tərəfinə çıxaraq bir minik avtomobilinə və sərnişin avtobusuna çırpılıb.

Sürətini nizamlaya bilməyən "avtoş" sürücünün idarə etdiyi "VAZ 2107" markalı avtomobil ciddi deformasiyaya uğrayıb.

Trend həmin qəzanın videogörüntüsünü təqdim edərək bir daha sürücüləri yollarda diqqətli olmağa və yol hərəkəti qaydalarına əməl etməyə çağırır.

Qeyd edək ki, bu ilin 10 ayı ərzində Bakıda 846 yol-nəqliyyat hadisəsi baş verib. Baş verən qəzalar zamanı 284 nəfər ölüb, 846 nəfər yaralanıb.


Qaynar.info