Xəbər lenti

Bakıda "Bayraq yürüşü" olacaq
Ölkə12:23 03.11.2016

Bakıda "Bayraq yürüşü" olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Noyabrın 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Bayraq yürüşü" keçiriləcək.

Nazirlikdən verilən məlumata görə, 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil Nazirliyinin, nazirliyin tabeliyindəki qurumların əməkdaşları, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, tanınmış ziyalılar, QHT nümayəndələri, müəllim, tələbə və şagirdlər iştirak edəcəklər.

Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclərə vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

Yürüş saat 11-də Dənizkənarı Milli Parkdan ("Azneft" meydanı yaxınlığındakı böyük monitorun yerləşdiyi ərazidən) başlayıb Bayraq Meydanında yekunlaşacaq.(trend)

Qaynarinfo.Az