Bakının Sabunçu qəsəbəsində əvvəllər mədəniyyət klubu kimi fəaliyyət göstərən binada yanğın olub. APA-nın məlumatına görə, əraziyə 5 yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub.
Qeyd edək ki, 2 mərtəbəli klub hazırda fəaliyyət göstərmir. İlkin məlumata görə, müəyyən yaşayış yeri olmayan şəxslər binanın birinci mərtəbəsində gecələyir. Ehtimal olunur ki, yanğına onların qızınmaq məqsədilə binada qaladığı ocaq səbəb olub.
Qaynar.info