
Səbail rayonunda "Ekoloji park" salınır. "Şıx" yamacı kimi tanınan 50 hektarlıq ərazidə 150 min ağac əkiləcək.
Qaynar.info xezerxeber.com-a istinadən xəbər verir ki, ağaclardan artıq 30 mini əkilib. Ağaclar damcı üsulu ilə suvarilacaq.
Səbail rayonu Bibiheybət qəsəbəsində "Şıx"yamacı kimi tanınan ərazidə 50 hektarlıq sahədə "Ekoloji park" salınır. Layihə Səbail rayon İcra Hakimiyyəti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşəbbüsü ilə həyata keçirilir. Layihənin birinci hissəsinin icrası artıq başa çatıb.
Əraziyə 2 ədəd yüksək təzyiqli su nasosu quraşdırılıb və nasosların elektrik təminatı üçün yeni elektrik xətləri çəkilib. Bununla bərabər yamaca əkilən ağacların yerli iqlimə uyğun olmasına xüsusi diqqət yetirilir.
Gələcəkdə parkın dağ yamacı boyunca Su İdmanı Sarayı istiqamətində genişləndirilməsi nəzərdə tutulub.
Qaynar.info