Xəbər lenti

Bakıda "Mercedes" yandı
Ölkə18:54 13.06.2013

Bakıda "Mercedes" yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda avtomobil yol qəzası nəticəsində yanıb. Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası Aviasiya Akademiyasının qarşısında qeydə alınıb. 

Bakı şəhər sakini Rahim Nərbala oğlu Məmmədovun idarə etdiyi ”90-CA-501” dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil yolun qırağında olan beton səddə dəyərək yanıb. Qəza nəticəsində xəsarət alan olmayıb. Hadisə nəticəsində avtomobil yararsız hala düşüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.