Bakı şəhər sakini Hüseynağa Məmmədovadan 1,8 qram marixuana götürülüb.
Qaynar.info Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitəni ona satmış əvvəllər məhkum olunmuş Elçin Məmmədhəsənov da tutulub. Onun evinə baxış zamanı əlavə 15 kiloqram 65 qram marixuana da aşkar edilərək götürülüb.
Qaynar.info