
Bakıda televizor 10, sərinkeş isə 40 manata satılır. Bu bazarda satıcıların əksəriyyəti rusdur, burada çox ucuz qiymətə istənilən şeyi almaq olar... Bazar sabunçu qəsəbəsindədir, onu bəzən "Rus bazarı" adlandırırlar, şənbə və bazar günləri işləyir.
Bir tərəfdə paltar, tufli satılır, bazarın digər hissəsində isə suvenirlər, köhnə məişət avadanlıqları satılır. Əlində kostyum tutub "second hand" qışqıranlar da var.
Bu bazarın əsasını ruslar qoyub. O, hələ sovet dövründən mövcuddur. Əvvəllər geyilmiş paltarlar satılırdı, sonra isə demək olar ki, bazarda hər şeyi satılmağa başladı.
Satıcılar deyirlər ki, peşə sirrlərini müştərilərə demirlər: "Əslində, bütün zavodlar çox şeyi zibildən hazırlayır. Məsələn, adi su butulkası. Ancaq əgər biz müştərilərə desək ki, satdığımız şeylər zir-zibildi, onlar heç nə almayacaqlar. Burada utanılası bir şey yoxdu. Əsas odur ki, keyfiyyətli və ucuzdu".
Qaynar.info "Rus bazarı"nda hazırlanan reportajı təqdim edir.
Fotolar: Orxan Ruslan
Qaynar.info













