
Bu fototarixçə 2002-ci ldə Magnum agentliyinin fotoqrafı Josef Koudelkanın ustad dərslərində çəkilib.
Tədbiri Açıq Cəmiyyət İnstitutu və Azərbaycan Fotoqrafları Birliyi təşkil edib. Josef mənə Bakı tramvaylarından fotoəhvalat hazırlamağı məsləhət gördü. Bir həftəyə yaxın həmin mövzunu işlədim. Tərslikdən (nə qədər təəssüfləndirici olsa da, indi xoşbəxtlikdən də demək mümkündür) ustad dərsləri bitəndən 2 gün sonra Bakıda tramvayların fəaliyyəti dayandırıldı. Beləcə, Azərbaycanda 2 neft «bum»unun şahidi olan tramvaylar 3 -cü «bum»acan yaşaya bilmədi. Nəqliyyatın bu ekoloji təmiz növü tarixə çevrildi. Öz fototarixçəmin adını elə bu üzdən «Sonuncu Tramvay» qoydum.(azadliq.org)




















