Xəbər lenti

Bakıda "Su festivalı" keçirmək istəyən gənclər polisə aparıldı - VİDEO
Ölkə11:40 01.09.2016

Bakıda "Su festivalı" keçirmək istəyən gənclər polisə aparıldı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünən Bakıda Su festivalı keçirən gəncləri polis saxlayaraq bölməyə aparıb. Bu barədə Bizimyol.info-ya festival iştirakçılarından biri məlumat verib. “Biz əlimizdəki su butulkalarının qapığını deşərək  bir-birimizi sulamaqla festivalı qeyd etmək istəyirdik. 
Filarmoniyanın yanında olan parkda polislər bizə icazə vermədilər. Daha doğru bizi qovdular. Biz Dağüstü parkda qeyd etdik. Burada bir-birimizi sulayırdıq. Əraziyə gələn polis əməkdaşları festival iştirakçısı olan 20 nəfəri saxladı. Bizə təzyiq göstərərək post-patrul maşınlarına mindirərək ərazidən uzaqlaşdırdılar”, - deyə festival iştirakçısı bildirib.
Onun sözlərinə görə, iki saata yaxın şəxslər polis bölməsində saxlanıldıqdan sonra sərbəst buraxılıblar. 
Qaynarinfo.Az