Xəbər lenti

Bakıda qurbanlıq heyvanlar neçəyə satılacaq? - Nazirdən açıqlama
Ölkə05:40 02.10.2014

Bakıda qurbanlıq heyvanlar neçəyə satılacaq? - Nazirdən açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda qurbanlıq ətlərin aşağı qiymətə satışını təmin etmək üçün bütün tədbirlər görülüb. Trend-in məlumatına görə, bunu jurnalistlərə kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

Onun sözlərinə görə, qurbanlıq heyvanlar 90-95 manata və hətta aşağı qiymətə satılacaq: "Türkiyədən ət kəsimi üçün səyyar maşınlar gətirilib və açıq havada ət kəsimi üzrə işlərin təşkili məqsədi ilə tədbirlər görülüb".

H.Əsədov vurğulayıb ki, maşınların bu il sınaqdan keçirilməsi gözlənilir: "Gələn ildən bu maşınlar daha geniş istifadə olunacaq. Ümumilikdə ölkədə ət kəsimi sisteminin təkmilləşdirilməsi üçün kəsim üzrə bir neçə iri məntəqənin tikintisinə başlanılıb".

Qaynar.info