Xəbər lenti

Ölkə 23:38 14.11.2023

Bakıda reper itkin düşdü: 6 gündür ki... (FOTO)

Bakıda reper kimi tanınan 1995-ci il təvəllüdlü İbrahim Nəzərli itkin düşüb.

Bu barədə "Report”a onun yaxınları məlumat veriblər.

Onların sözlərinə görə, o, noyabrın 9-da, saat 15:00 radələrində, Qaradağ rayonu Sahil qəsəbəsində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Evdən çıxarkən əynində göy rəngli cins şalvar, ağ qara qarışıqlı idman ayaqqabısı, əynində ağ rəngdə kofta, qara papaqlı idman gödəkçəsi olub.

Hadisə ilə bağlı polisə məlumat verilib.

İ.Nəzərlini görən və ya onun barəsində məlumatı olanlardan 050 644 33 15 nömrəli telefona və ya Daxili İşlər Nazirliyinin ‘’102’’ xidməti-zəng mərkəzinə xəbər vermələri xahiş olunur.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->