Xəbər lenti

Bakıda rəsmi işsiz statusu alan şəxslərin sayı açıqlandı
Ölkə15:52 14.12.2016

Bakıda rəsmi işsiz statusu alan şəxslərin sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu ilin dekabr ayının 1-i vəziyyətinə rəsmi işsiz statusu verilən şəxslərin sayı açıqlanıb.

Qaynarinfo.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda bildirilir.

Hesabata əsasən, məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 33,4 min nəfər olub, onların 38 faizini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 243,4 manat olub.

İşsizlik statusu alanlardan 14963 nəfəri məhz Bakının payına düşür. Onlardan 954 nəfəri isə işsizliyə görə müavinət alır. 

Qaynarinfo.Az