Xəbər lenti

Bakıda restoranda dava - İlginc səbəb
Ölkə14:14 14.04.2023

Bakıda restoranda dava - İlginc səbəb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda restoranda fikirli olduğu üçün başqa masaya baxan şəxs döyülüb. 
Qaynarinfo-nun məlumatına görə, hadisə bir neçə gün əvvəl Nizami rayonu, C.Naxçıvanski küçəsi 38 ünvanında yerləşən "Toğrul” restoranında baş verib. 
Belə ki, Saqi (şərti) restoranda olan zaman digər masada oturan, əvvəldən tanıdığı Səlim adlı şəxsi görüb, fikirli olduğu üçün onun oturduğu masaya tərəf baxaraq fikirə dalıb.
Səlim masadan yüksək səslə ona nə səbəbdən baxdığını soruşub. 
Səlimin qışqırtısını eşidən Saqi əvvəlcə ona səsini aşağı salmasını söyləyib. Slim yenidən yüksək səslə nə səbəbdən ona baxdığını soruşduqda Saqi "ürəyim belə istiyir” deyib. 
Bu sözlərindən sonra Səlim masadan qalxaraq onun üzərinə gəlib və aralarında yaranan mübahisə zamanı bir dəfə sifətinin sol nahiyəsinə yumruqla vurub. Nəticədə Səlim Saqiyə ağız boşluğunun sol yarısının qansızma və yarası ilə müşayiət olunan sol çənə bucağının və alt dodağı əhatə edən geniş ölçülü hematoması ilə xəsarət yetirib. 
Məhkəmənin qərarı ilə Səlim Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 15 faizi məbləğində pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.
Əhməd