Paytaxtın Səbail rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən "Port Wine Grill" restoranının icarədarı barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.
Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan restoranın icarədarına İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) 4000 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.
Qeyd edək ki, sözügedən restoranda toy məclisinin keçirilməsi ilə bağlı görüntülər yayılmışdı.
<iframe width="560" height="315" src="//ok.ru/videoembed/2312741456483" frameborder="0" allow="autoplay" allowfullscreen="">
Şərhlər